Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin və “Təhlükəsiz şəhər” Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisələrini törədən şəxsin kimliyi müəyyənləşib. Rayon Polis İdarəsinə bir nəfər maskalı naməlum şəxsin əlində çapacaqla şəhər ərazisindəki çörək bişirmə məntəqələrindən birinə basqın edib, oradakı kassadan 95 manat pulu götürərək hadisə yerindən uzaqlaşması barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz İsmayılov saxlanılıb. 34 yaşlı İsmayılovun daha bir analoji cinayət hadisəsini törətməsi aşkar edilib.
- Baxış: 704