KepezTV Player
Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib. Tikililərin bərpası və təmiri ilə əlaqədar son vəziyyətə dair məruzələr dinlənilib. Vətəndaşlar tərəfindən edilən əlavə müraciətlərə baxılması, qiymətləndirmə prosesində şəffaflığın təmin edilməsi, təmir və bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
- Baxış: 236