KepezTV Player
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 avtomobildə olan 4 nəfər saxlanılıb. Onlar aidiyyəti üzrə Füzuli RPŞ-yə gətiriliblər. Araşdırmalarla həmin şəxslərin Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakinləri olmaları müəyyən edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.
- Baxış: 215