KepezTV Player
Gəncədə ana və iki azyaşlı övladı dəm qazından boğulub. Hadisə Yeni Gəncə yaşayış massivində baş verib. Orada yaşayan 34 yaşlı Leyla Məmmədova, övladları 7 yaşlı Murad Məmmədov və 6 yaşlı Xədicə Məmmədova hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb. **Goranboyda da xoşagəlməz hadisə yaşanıb. Qazanbulaq kənd sakini 19 yaşlı Səbinə Adıgözəlova yaşadığı evdə dəm qazından zəhərlənib. Xəstəxanaya çatdırılan gənc qıza zəruri tibbi yardım göstərilib.
- Baxış: 568