• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 06.03.2021 16:23

Diplomatlar aeroportun tkintisi ilə tanış oldular

KepezTV Player

Hazırda Füzulidə aerovağzal binasının bünövrəsi qazılır. İşləri bu ilin payızınadək tamamlamaq planlaşdırılır. Beynəlxalq şirkətlərdən aeronaviqasiya sistemlərinin alınması ilə bağlı danışıqlar aparılır, avadanlıqların may ayının sonu – iyunun əvvəllərində əraziyə gətirilməsi planlaşdırılır. Hava limanı “Aerobus 380” təyyarəsi istisna olmaqla, çəkisi 400 tona qədər olan təyyarələri qəbul edəcək. Diplomatlar Füzuli, Qubadlı və Laçına səfər zamanı aeroportun tikintisi ilə də tanış olublar. Füzulidə tikilən beynəlxalq hava limanında uzunluğu 3 km, eni 45 m olan uçuş-enmə zolağı, təyyarələrin dayanması üçün 60 min kvadrat metr sahədə 8 meydança, aerovağzal binası və köməkçi binalar və hava nəqliyyatının tənzimlənməsi üçün qüllənin tikilməsi nəzərdə tutulub. Hazırda Qubadlıda olan diplomatik korpus nümayəndələri oradan Laçına yollanacaqlar.