• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 06.03.2021 12:50

"Valensiya"dan əzmkar qələbə

KepezTV Player

Futbol üzrə İspaniya La Liqasında 26-cı tura start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub. Avroliqaya vəsiqə uğrunda mübarizə aparan “Vilyarreal” səfərdə “Valensiya” ilə qarşılaşıb. 40-cı dəqiqədə Cerard Morenonun penaltidən vurduğu qolla hesabda geri düşən "yarasa"lar oyunun sonunda iki dəfə rəqib qapısına yol taparaq qalib gəlməyi bacarıblar. 86-cı dəqiqədə Karlos Soler 11 metrlik cərimə zərbəsindən hesabı bərabərləşdirib. Meydan sahiblərindən qələbə qoluna isə əsas vaxta əlavə olunan 1-ci dəqiqədə Qonsalo Qedeş imza atıb.