• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1240
— 05.03.2021 16:29

Bədən tərbiyəsi və idman günü qeyd edildi

KepezTV Player

Gəncədə 5 mart bədən tərbiyəsi və idman günü ilə əlaqədar olaraq tədbir keçirilib. Gənclər Evinin qarşısında təşkil edilən yığıncaq pandemiya qaydalarına uyğun şəkildə baş tutub. Rəsmi hissədə çıxış edənlər bu günün önəmindən danışaraq hər il ölkəmizdə 5 mart bədən tərbiyəsi və idman gününün kütləvi şəkildə qeyd edildiyini, ancaq ötən ildən etibarən bütün dünyanı bürüyən koronavirus infeksiyası səbəbindən idman yarışları və tədbirlərinin təxirə salındığı ifadə ediblər. Həmçinin ötən il Vətən müharibəsində uzun sürən həsrətdən sonra torpaqlarımızın işğaldan azad edilməsinə diqqət çəkilərək qələbədə idmançıların da rolunun böyük olduğunu bildiriblər. Rəsmi hissənin ardından açıq havada quraşdırılan idman qurğularında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar izlənilib. İl ərzində fərqlənən məşqçi və idmançılar, eləcə də Vətən müharibəsində iştirak edən idmançılar təltif edilib.