• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 04.03.2021 14:11

Cüdoçularımız “Böyük dəbilqə”də mübarizəyə başlayır

KepezTV Player

Sabah Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək. Yarışda 71 ölkədən 296-sı kişi və 201-i xanım olmaqla ümumilikdə 497 kimano ustasının iştirakı gözlənilir.Azərbaycan yığması Daşkəndə 12 cüdoçu ilə yollanıb. Kişilərin yarışında Oruc Vəlizadə, Kəramət Hüseynov, Nicat Şıxəlizadə, Orxan Səfərov, Rüstəm Orucov, Murad Fətiyev, Hidayət Heydərov, Məmmədəli Mehdiyev,  Aslan Mirzəyev və Uşangi Kokauri mübarizə aparacaq. Qadınlarda isə Ayişə Qurbanlı və Leyla Əliyeva medallar uğrunda tatamiyə çıxacaq.