• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 03.03.2021 19:22

Ermənistan revanşizmdən əl çəkməli, üçtərəfli bəyanatı icra etməlidir

KepezTV Player

Zəfərlə başa çatan Vətən müharibəsindən sonra regionda yeni reallıq yaranıb və indi hər kəs bununla barışmalı, hesablaşmalıdır. Başlayan yeni dövr tək bölgə yox, yaxın qonşu ölkələr də üçün faydalı olacaq. Əksini düşünəcək Ermənistan isə bundan ancaq zərər görə bilər. Prezident İlham Əliyevin yerli və yerli jurnalistlərlə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər Azərbaycanın sülh istəyi ilə bağlı mövqeyini bir daha ortaya qoydu. Dövlət başçısı yenə Ermənistana xəbərdarlıq edib revanşizm istəyindən çəkinməyi məsləhət gördü.

Azərbaycan Prezidentinin açıq və qəti söylədiyi fikirlər Ermənistanı addım atmazdan öncə daha ciddi götür-qoy etməyə, bu barədə dərindən düşünməyə məcbur edir. Bu, Ermənistan rəhbərliyində təmsil olunanlar üçün siqnal olmalıdır.

Hazırda Ermənistanda siyasi böhran yaşanır. Hakimiyyətdən narazı müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Millət vəkilinin sözlərinə görə, bu məqam üçtərəfli birgə bəyanatın həyata keçirilməməsi üçün səbəb ola bilməz.

10 noyabr bəyanatının icrası ilə Ermənistan iqtisadi sahədə irəliləyişə nail ola bilər. Dövlət başçısının da vurğuladığı kimi bizim məqsədimiz üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər.

“Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, erməni faşizmi baş qaldırsın. Azərbaycan bölgədə öz fəaliyyəti ilə gələcək inkişaf üçün töhvə verir, sabitliyin tam bərqərar olması üçün əməli praktiki addımlar atır”. Prezidentin mətbuat konfransında söylədiklərindən olan bu çıxarış ölkəmizin mövqeyini Ermənistan üçün tam aydın edir.