• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1234
— 03.03.2021 19:05

Terrorçu-diversant qrupu hərbi əsir hesab edilə bilməz

KepezTV Player

Üçtərəfli bəyanatın imzalanmasında sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə göndərilən və Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən anti-terror əməliyyatı nəticəsində ələ keçirilən 62 nəfərlik terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz. XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva TREND-ə müsahibəsi zamanı belə deyib. Həmin qrup tərəfindən törədilən terror aktları nəticəsində 4 hərbi qulluqçu şəhid olub, 1 mülki şəxs isə ağır yaralanıb. Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə erməni hərbi qulluqçularının meyitlərinin tapılması və toplanması istiqamətində lazımi şərait yaradır. Bu günədək 1274 cəsəd qarşı tərəfə təhvil verilib. Bildirib ki, bütün bu məsələlərin fonunda hərbi əsirlərin mübadiləsi məsələsinin qabardılması, lakin beynəlxalq humanitar hüquqda adət normalarını pozaraq Ermənistanın ərazilərimizdə yerləşdirdiyi minalara dair xəritəni təqdim etməkdən imtina etməsinin isə beynəlxalq səviyyədə müzakirə olunmaması, məsələ ilə bağlı ikili standartların mövcudluğundan xəbər verir.