• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 03.03.2021 15:48

Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artacaq

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artaraq 30 minə çatacaq. Nazirliyin Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyevanın sözlərinə görə, post-müharibə dövründə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib. Qazilərin artıq yüksək texnologiyalı protezlə təminatına başlanıb və 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Müəssisə il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərmək imkanına malikdir.