KepezTV Player
Daxili İşlər Nazirliyi Bakının mərkəzində quzuya uşaq bezi geyindirərək gəzdirən iki nəfərin saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirliyin məlumatına görə, həmin şəxslərə izah olunub ki, xüsusi karantin rejimi dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Bundan əlavə şəhər mərkəzində quzu gəzdirmək olmaz. Onlarla profilaktik söhbət aparılıb və sərbəst buraxılıblar. Həmin şəxslər cərimə edilməyiblər.
- Baxış: 421