Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.03.2021 12:17
Gəncədə 40 min manatlıq narkotik dövriyyədən çıxarılıb
KepezTV Player
Gəncə Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətcəsində şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhərrəm Əliyev saxlanılıb. Şəhər Polis İdarəsində üzərinə baxış keçirilən zaman 2 qram heroin aşkarlanıb. Saxlanılan şəxsin şəhər ərazisindəki mənzilinə də baxış keçirilib. Əməliyyat nəticəsində "qara bazar"da təxmini qiyməti 40 min manat olan külli miqdarda heroin dövriyyədən çıxarılıb.
- Baxış: 633
