• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2287
— 02.03.2021 20:44

Gənclərin xarici dilləri öyrənməyə marağı

KepezTV Player

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Əbəs yerə deməyiblər ki, bir millətin mədəniyyətini, adət-ənənələrini bilmək istəyirsizsə öncə onun dilini bilməlisiz. Elə sıradakı videomaterilamızda, xarici dillərin öyrənilməsinə maraq göstərən gənclərdən bəhs edəcəyik.

Xarici dillərin öyrənilməsi hər zaman dünyaya inteqrasiya baxımından vacib addım sayılıb. Bu gün isə yaxşı iş yeri tapmaq, səyahət etmək və ya turizm imkanlarının artması səbəbilə, xarici dilə tələbat daha da artıb.

Turanə Əlizadə gənc:İtalyan dilini öyrənirəm. İtalyan dilini öyrənməkdə əsas məqsədim, iş imkanlarının həm geniş olması, həm həmin ölkəyə səyahət etmək, həm də italyan adət ənənələrini öyrənmək istəyirəm buna görə dildən başlamaq istədim. Onların danışıqları, ahəngini sevirəm.

Nilgün Mustafayeva gənc:Bir aydır ki, xarici dilə gəlirəm, bu günki günümüzdə xarici dilə daha çox üstünlük verildiyi üçün. Və bigenir səviyyəsindəyəm. Və özümdə ikinci təhsilimi, yəni magistratura təhsilimi xaricdə davam etdirmək üçün xarici dili mükəmməl öyrənirəm.

Çox sayda xarici dil öyrənmək nə qədər önəmli və üstün olsa da, heç də hər kəs bunun öhdəsindən müvəffəqiyyətlə gələ bilmir.

Aynur Həsənova gənc: 6 ay müddətdir ki, rus dilini öyrənirəm. Bu dil aktuallığını itirsə də mənim bu dilə marağım daha çoxdur. Mən  MDB ölkələrinə tez- tez səyahət etdiyimə görə bu dili seçmişəm.

Arzu Əhmədova gənc: Xarici dil olaraq ingilis dilini seçmişəm. Hazırda bigenir səviyyəsindəyəm. Bu dili seçməkdə məqsədim, ingilis dilinə son vaxtlarda təlabatın çox olmasıdır və iş vakansiyalarında xarici dil biliklərinə üstünlük verilməsidir.

Azərbaycan gəncləri mənəvi cəhətən inkişafını və vətənpərvərliyini xaricdə də nümayiş etdirirlər. Bunu xaricdə təhsil alan gənclərin ictimai aktivliyi bir daha sübut edir.

Fidan Vəliyeva xaricdə təhsil alan tələbə:GDU-nin xaricdə təhsil almış bir tələbəsi kimi onu deyə bilərəm ki, yeni bir dil öyrənmək yeni bir dünyaya açılmış qapı deməkdir. Bu həm şəxsi kariyeramız cəhətdən, həm yeni mədəniyyətlər, yeni insanlar, yeni dostluqlar cəhətdən mükəmməl bir şansdır. İnternet resuslarından istifadə edərək ilk öncə özüm öyrəndim, sonra isə kurslara müraciət edərək daha profisional şəkildə mükəmməlləşdirərək dili öyrəndim. Xarici dili öyrəndikdən sonra xarici universitetlərə a play etdim və təqaüd qazanaraq xaricə üz tutdum oxumaq üçün. Bu zaman xarici dilin köməkliyi mənə o qədər çox odu ki, məsələn mən xaricdə öz dövlətimi təmsil elədim, və bu çox qürur verici hadisə idi.

Ölkəmizdə kurslarda, orta və ali məktəblərdə müxtəlif dillərin tədris edildiyini də  qeyd etməyə dəyər.

Lamiyə Əliyeva xarici dil müəllimi:11 ildir ingilis dilinin tədrisi ilə məşğulam. Son dövrlərdə xarici dillərə təlabatın çox olması ilə bağlı, gənclər daha çox üstünlük təşkil edir, ingilis dilini  və digər xarici  dilləri öyrənmək üçün. Sevindirici haldır ki, valideynlər uşaqlara az yaşdan ingilis dili, rus dili və digər xarici dillərə, kurslara yazdırırlar və yaxud digər vasitələrlə ingilis dilini və xarici dilləri öyrənməyə yiyələndirirlər. Bu da həmin uşaqların və gənclərin gələcəkdə öz işlərini asan qurmaqlarına görə, asan iş tapmaqları baxımından həm də xaricdə yaşamaqları, 2ci və 3cü təhsillərini xaricdə  almaqları baxımından onlara daha sərfəli imkanlar yaradır. Son dövrlərdə daha çox gənclərimiz ingilis dili və rus dili bağlı xaricdə Azərbaycanı çox gözəl təmsil edirlər. Bu da bizi bir müəllim olaraq sevindirir.

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq, gələcəyimiz olan gənclərin fəaliyyəti nəticəsində mümkündür.