• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 02.03.2021 17:37

Qarın fəsadları aradan qaldırılıb

KepezTV Player

Qış fəslinin hava durumuna uyğun olaraq dağlıq bölgələrə dünəndən qar yağmağa başlayıb. Gədəbəydə havanın temperaturu əvvəlki günlərlə müqayisədə aşağı düşüb.

Havaların soyuması ilə yollar buz bağlayıb. Gediş-gəlişdə problemlər yaranıb. Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri qabaqlayıcı tədbirlər həyata keçiriblər. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara köməklik göstəriblər.

Qarlı hava səbəbindən yollarda hərəkətin çətinləşməsinə baxmayaraq Gədəbəy ərazisində son iki gün ərzində xoşbəxtlikdən yol nəqliyyatı hadisəsinə və piyadaların sürüşərək xəsarət almasına rast gəlinməyib.

Rayonda yolların təmizlənməsi üçün aidiyyatı qurumlar tərəfindən canlı qüvvə və texnikalar işə cəlb edilib. Nəqliyatın intensivliyi bərpa olunub. Komunal xidmətlərin göstərilməsində problem yaranmayıb.

Gədəbəyə qar yağmaqda davam etdiyindən rayon mərkəzini 108 yaşayış məntəqəsi ilə birləşdirən yollarda çətinlik yaranmasın deyə intensiv işlər aparılır. Rayon əhalisinin elektrik enerjisi və qazla təhcizatında fasilələrin olmaması üçün səy göstərilir.