• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 02.03.2021 16:45

Azərbaycan iqtisadi azadlıq indeksini yaxşılaşdırmış beş ölkədən birincidir

KepezTV Player

Azərbaycan 2020-ci il üzrə İqtisadi azadlıq indeksi göstəricilərini yaxşılaşdırmış beş Avropa ölkəsi arasında birinci yeri tutub. Bu barədə "Heritage Foundation" məlumat verir.Hesabata əsasən, ötən il ölkəmizin mövqeləri biznes azadlığı, investisiya azadlığı və maliyyə rifahı sahəsində yüksək qiymətlər sayəsində 16 pillə yüksəlib.

Azərbaycan iqtisadi azadlıq qiymətləndirməsinə görə 69,3 indekslə 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Biznes azadlığı, investisiya azadlığı və maliyyə rifahı göstəricisində isə indeksi 3,9 xal yüksəlib. Ölkə bu göstəricidə 45 Avropa ölkəsi arasında 24-cü olub.