• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 02.03.2021 16:43

Elektrik xətləri dronlarla yoxlanılacaq

KepezTV Player

“Azərişıq” ASC xətlərə texniki baxışın keçirilməsi məqsədilə xüsusi təyinatlı uçuş aparatları istifadə edəcək. Dronların işğaldan azad olunan ərazilərdə qurulacaq "Ağıllı şəbəkə"lərdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub.Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulan dronlardan xeyli fərqlənir. Onlar vasitəsilə 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş aparmaq mümkündür.Bundan əlavə, xüsusi yaxınlaşdırma funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.