• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2469
— 02.03.2021 16:34

Ermənistandakı qədim Azərbaycan abidəsinin görkəmi dəyişdirilir

KepezTV Player

İndiki Ermənistanın Tavuş bölgəsindəki Dostluq-Qurumsulu kəndindəki xristianlığaqədərki dövrə aid olan abidə öz mövcudluğunu qoruyub saxlasa da, onun orijinal görkəmində və təqdimatında ciddi pozuntulara yol verilir. Mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov Trend-ə deyib ki, Qurumsulu abidəsi qədim Azərbaycanın misilsiz gözəlliyə malik və az öyrənilən abidələrindən biridir. İnşa tarixinin eramızın IV əsrinə aidd olduğu güman edilir. Memarlıq quruluşuna görə abidə 14 guşəli, gümbəzli türbə üslubunda inşa olunub. Karnizi müxtəlif heyvan heykəlləri ilə bəzədilib. Abidənin gümbəzi ermənilər tərəfindən uçurdulub. Bədxah qonşularımız öz xislətlərinə uyğun olaraq abidənin şərq pəncərəsinə 2004-cü ildə xaç şəklli bir daş quraşdıraraq, bu abidənin erməni xristian dövrünə aid olduğunu iddia etməyə başlayıblar. Lakin bu xaç daşının abidənin interyerinə və ümumi quruluşuna heç bir aidiyyatı yoxdur və o, heç bir mahiyyət daşımır.