• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 01.03.2021 19:19

Kəpəz" qərb derbisini də uduzdu

KepezTV Player

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XV turun oyunları keçirilib. Turun mərkəzi qarşılaşması Tovuzda reallaşıb. Qərb derbisi çərçivəsində əzəli və əbədi rəqiblər "Turan Tovuz" ilə "Kəpəz" üz-üzə gəlib. Gərgin mübarizəyə səhnə olan matç ev sahiblərinin üstünlüyü şəraitində keçib və bunun nəticəsi olaraq onlar qalib gəliblər. İlham Yadullayevin yetirmələri hər hissədə rəqib qapısından bir top keçiriblər. Əvvəlcə ilk yarıda Aqşin Muxtaroğlu hesabı açıb, fasilədən sonra isə Vidadi Cəfərov qələbə hesabını möhkəmləndirib - 2:0. Xatırladaq ki, bu komandalar arasında ilk dövrədə Gəncədə keçirilən oyunda da "Turan Tovuz" qələbə qazanıb. Beləliklə, XV turdan sonra hesabına daha 3 xal yazan Tovuz klubu liderliyini qoruyub. "Kəpəz" isə 6-cı pillədə qalıb. Nizami yurdunun təmsilçisi 9 turdur ki, qələbəyə həsrətdir.