• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 879
— 01.03.2021 16:03

Müdafiə Nazirliyi Güllücə kəndindən videogörüntülər yayıb

KepezTV Player

Güllücə Ağdam rayonunun ərazində kənddir. Əslən Qarabağdan olan tanınmış yazıçı Süleyman Sani Aundovun “Nurəddin” adlı əsərində Güllücə kəndinin adı çəkilir. Güllücə kəndinin şimalında tunc və dəmir dövrlərinə aid olan Töyrətəpə kurqanları, kəndin cənubunda isə ilkin orta əsrlərdən qalma Karvansaratəpə və Çaparyeri adlanan qədim yaşayış məskəninin qalıqları var. İşğala qədərki dövrdə Güllücə kəndində klub, orta məktəb, 2 kitabxana, 2 uşaq bağçası, xəstəxana, rabitə şöbəsi, telefon stansiyası, şərab zavodu və müxtəlif ticarət-iaşə obyektləri var idi. İşğala qədər Güllücədə əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq, üzümçülük və baramaçılıq olub. Rayon mərkəzindən 26 km şimalda yerləşən kənd 1994-cü il aprelin 16-da Ermənistan ordusu tərəfindən işğal olunsa da 20 Noyabr 2020-ci il işğaldan azad olunub.