• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 28.02.2021 19:25

Erməni qənimi olan gəncəli güləşçi

KepezTV Player

Gəncə güləş məktəbinin istedadlı yetirməsi Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq turnirdə uğurla çıxış edərək bürünc medal qazanıb. 65 kq çəki dərəcəsində yer alan Bayramov fəxri kürsüyə gedən yolda mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İlk görüşünü Ukraynanı təmsil edən Qor Ohannesyana qarşı keçirən Turan rəqibin kürəyini yerə vurub. Təsadüfdən sərbəst güləşçimizin son rəqibi də bu ölkə adından yarışan Erik Aruşanyan olub. Onun da öhdəsindən gələn gəncəli pəhləvan 3-cü yeri tutub. Beləliklə, Turan Bayramov bir yarışda iki erməni idmançı üzərində qələbə qazanmaqla adından söz etdirib.