• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 870
— 27.02.2021 21:44

Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir

KepezTV Player

İrəvanın Baqramyan prospektində müxalifətin mitinqi keçirilib.Müxalifət hərəkatının üzvü Gegham Manukyan aksiya iştirakçılarını parlament binasına arxa çevirməyə, bununla da "hərəkətsiz qurum"a münasibətlərini nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, vergi ödəyicilərinin hesabına maaş alan deputatlar vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün heç bir iş görmürlər. Bundan başqa, Qafanda da Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq olub. Aksiya iştirakçıları ölkənin sabitliyə və səmərəli işləyən bir dövlət sisteminə ehtiyacı olduğunu, bunun yalnız baş nazir və bütün komandasının istefaya getməsindən sonra ola biləcəyini bəyan ediblər.