KepezTV Player
Gəncənin Təhsil İdarəsinin təşkilatçılığı ilə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb. Onlayn formada baş tutan tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, vətən müharibəsində iştirak edən Gəncənin qazi müəllimləri, eləcə də təhsil işçiləri və şagirdlər iştirak edib. Hər zaman Xocalı soyqırımını və digər tarixi hadisələri anıb bunu yad etmək ümumtəhsil müəsisələri üçün daha çox vacibdir. Çünki bu cür tədbirlərlə şagirdlərə vətənpərvərlik ruhu aşılanır. Tədbirdə şəhərin bir neçə şagirdlərinin ingilis, alman, fransız və rus dillərində Xocalı faciəsinə həsr olunan videotəqdimatlarpı izlənilib. Bu təqdimatlar sosial şəbəkəlar vastəsi ilə dünyanın bir çox qurumlarına ünvanlanacaq.
- Baxış: 672