• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 678
— 26.02.2021 15:53

Şəmkirdə Xocalı soyqırımı qurbanları yad edilib

KepezTV Player

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 26-da Şəmkir rayonunda ağacəkmə aksiyası təşkil olunub. Aksiya Şəmkir şəhərində yerləşən Şəhidlər Xiyabanın ərazisində reallaşıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib. Aksiyada rayonun ziyalıları ilə yanaşı, gənc idmançılar və könüllülər də iştirak ediblər. Basdırılan yeni ağaclar əsasən yerli iqlim şəraitinə uyğun gələn şam, küknar və çinar ağacları olub. İştirakçılar həmçinin əvvəl əkilən ağaclara da aqrotexniki qulluq göstəriblər.