Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar rayonunda da anım tədbirləri keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri Samux şəhidləri abidə kompleksini ziyarət edib, sonra isə soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib. Aksiya çərçivəsində Samux şəhərinin ərazisinə, Samux-Kür yolunun kənarlarına yerli iqlim şəraitinə uyğunlaşdırılmış ağac tingləri basdırılıb. Əkilən tinglərə aqrotexniki qulluq göstərilib, suvarılması təmin olunub. Tədbir iştirakçıları həmçinin Rayon Mərkəzi Kitabxanasında məktəblilərin rəsm sərgisi ilə tanış olublar. Şagirdlər 29 il ərzində baş verənləri fırça üzərində canlandırıblar. Rəsm əsərləri ictimayyət nümayədələri tərəfindən maraqla izlənilib.
- Baxış: 407