KepezTV Player
Dəniz səviyyəsindən 730 metr yüksəklikdə, Həkəri çayının sol sahilində İncə düzündə yerləşən Yusifbəyli kəndi. Müdafiə Nazirliyi bu dəfə Qubadlı rayonunun bu yaşayış məntəqəsindən görüntülər paylaşıb. Kəndin ərazisindən Laçın-Həkəri şosesi keçir. Həkəri dəmir yolu stansiyası ilə arasındakı məsafə 24 km-dir. Yerli tələffüzdə Usubbəyli kimi işlənir. Kənd vaxtilə Yusif bəy adlı şəxs tərəfindən salındığına görə onun adını daşıyır. 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Yusifbəyli 25 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azad olunub.
- Baxış: 316