Ötən gündən Gəncəyə yağan qar şəhərdə nəqliyyatın, eləcə də piyadaların hərəkətində çətinliklər yaratdı. Çətinliklər elə kommunal sahədə də müşahidə olundu, əsasən də qazla bağlı. Günün sonuna yollarda hərəkət təhlükəsiz olsa da yağan qarın şaxta ilə müşayiət edilməsi qəzalara da səbəb olub.
Gəncənin yollarında qarın yaratdığı çətinliklərin aradan qaldırılmasına gecə saatlarından başlanılsa da şaxtalı hava şəraiti səhərə doğru çətinliklərə yola çıb. Hən maşınların, həm piyadaların hərəkətini təmin etmək üçün Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin 20-ə yaxın ağır texnikası və 600-ə yaxın canlı qüvvəsi bu məqsədlə səfərbər edilib. Əsasən intensivliyin daha çox olduğu küçə və prospektlər, Gənçəçay üzərindəki körpülər, maili yollara 70 tona yaxın duz-qum qarışığı səpilib.
Elşad Əsgərov MKTİB-nin rəis müavini: Əsas biz prospektləri qurtardıq. İndi də ara küçələrdə xırda texnikalarla qum, duz verilir. İşlərimiz davam edir. Biz istədik nəqliyyatın 5 prospekti, körpülər, mailli olan küçələrdə işlər hamısı bərpa olunubdur. Yenədə ara küçələrdə qum, duz verilir.
Polad Zeynalov sürücü: Elə problem olmadı. Axşamnan qar yağdı. Səhər-səhər gün çıxdı, şüküur yollar təmizlənib yaxşıdı. Hər yer təmizdi.
Ələmdar İsmayılov sakin: Axşamnan yağmağına baxmıyaraq şükür bu gün hər yer yaxşıdı. Göz qabağındadır, yollar təmizdi.
Hava şəraiti ilə əlaqədar olaraq yol polisi də gücləndirilmiş iş rejimində çalışır. Polislər yollarda nəqliyyatın təhlükəsiz hərkəti üçün səfərbər olsa da qəzalar qaşılmaz olub.
Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı: Ötən sutka ərazidin Gəncə ərazisində 5 yol nəqliyyat hadisəsi baş verib ki, həmin yol nəqliyyat hadisələri zamanı heç bir xəsarət alan olmayıb avtomobillər yüngül zərər dəyib. Piyadalardan xahiş olunur ki, onlar üçün ayrılan səkidən istifadə etsinlər. Bu cür hava şəraitində iki qat diqqətli olsunlar. Sevindirici haldır ki, sutka ərzində hər hansı bir piyada vurma halı baş verməyib. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazidnə xidmətlərini davam etdirir. Vətəndaşlardan xahiş olunur ki, axşam və gecə saatlarında havanın yenidən dəyişəcəyi ehtimal olunduğundan nəqliyyat vastələrindən minum dərəcədə az istifadə etsinlər. Yaşayış yerlərini zərurət olmadan tərk etməsinlər.
Havaların soyuması enerjiyə və qaza tələbatın artmasına səbəb olub. Əsasən də şəhərin bəzi hissələrində mavi yanacağın verilişində və təzyiqində problemlər yaranıb.
Azər Bayramov Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: Dünən yüksək təzyiqli magistral xətlərində əmələ gəlmiş texniki nasazlıqla əlaqədar qısa bir müddətdə Gəncə şəhərinin müxtəlif ərazilərində qaz təminatında zəiflik yaranmışdı. Əksər şəhərin genişlənən hissəsi o cümlədən Məhsəti qəsəbəsində, AKTA 6 deyilən ərazidə və Bağmanlar ərazisində qısa müddətə problemlər oldu. Operativ tədbirlər görülərək bütün qəza halları aradan qaldırılmış, hazırda şəhərin qaz təminatında heç bir problem yoxdur.
Şəhərdəki 45 orta məktəb və 42 uşaq bağçasında isə hava şəraitindən irəli gələrək dəvamiyyət aşağı olub.
Elnur Vahidoğlu
- Baxış: 299