Havaların kəskin dəyişməsi nəticəsində Samux rayonunun avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində yaranan çətinliklər aradan qaldırılır. Rayon mərkəzində, eləcə də qəsəbə və kəndlər yolların qardan təmizlənməsi, buzlaşmanın qarşısının alınması üçün tədbirlər görülür. Mövsümlə əlaqədər yerli yol idarəsi 300 kubmetr qum və 5 ton duz tədarük edib. İdarə əməkdaşları tərəfindən qarın ən çox yağdığı və buzlaşma müşahidə olunan ərazilər, problemli yollar nəzarətdə saxlanılır, hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində işlər görülür. Rayonun ən ucqar yaşayış məntəqəsi olan Eldar zonasında da qarın yaratdığı fəsadlar aradan qaldırılıb. Qeyri-sabit hava şəraiti ilə əlaqədar Samuxda elektrik enerjisi, təbii qaz və içməli suyun verilişində heç bir fasilə olmayıb.
Rövşən Qurbanov Samux Rayon Fövqəladə Hallar Komissiyasının üzvü: Hal-hazırda bütün qüvvələrimiz səfərbər olunub. Kommunal müəssisələr Kombinatı və Yol İdarəsinin Fövqəladə Hallar Komissiyasının bütün qüvvələri bu işlərə səfərbər olunub. Yollar qardan və buzdan təmzilənib. Həyat öz ahəngi ilə davam edir.
- Baxış: 252