• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 24.02.2021 12:05

ABŞ-da Xocalı soyqırımına həsr olunmuş veriliş yayımlanıb

KepezTV Player

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın müəllifliyi ilə Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb. Verilişdə müəllif 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaqlar və qadınlar da daxil olmaqla çoxlu sayda insanı qətlə yetirdiklərini vurğulayır. Erməni cəlladların əsir götürdükləri azərbaycanlılara qarşı ağılasığmaz işgəncələr verdiklərini diqqətə çatdırır. Xocalı qırğınının soyqırımı olduğunu bildirilir və bu, insanlığa qarşı törədilmiş cinayət adlandırılır.