• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 24.02.2021 12:16

Hava ilə əlaqədar vəziyyət necədir?

KepezTV Player

Ölkədə hava şəraiti proqnozlaşdırıldığı kimi, kəskin dəyişib. Bəzi ərazilərə güclü qar yağıb. Paytaxtda qarlı-küləkli hava çətinliklərə səbəb olub. Marşrut avtobusları hərəkət sxemi üzrə tam hərəkət edə bilmir. Hava şəraiti ilə əlaqədar yaşayış yerləri olmayan insanlar üçün çadırlar quraşdırılır. Yolların buz bağlaması səbəbindən çoxsaylı qəzalar qeydə alınıb. Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində zəncirvari qəza ölümlə nəticələnib. TIR idarəetməni itirərək aşıb və yolun kənarına düşüb. Ümumilikdə, 10-dan çox avtomobilin iştirakı ilə qəza baş verib. Bir nəfər ölüb, xəsarət alan da var. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar yollardakı vəziyyət barədə açıqlama yayıb. Bakı - Ələt - Hacıqabul yolunda qar yağır, güclü külək var. Yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Hacıqabul – Ucar – Yevlax yolunda qar yoxdur, lakin zəif yağıntı davam edir. qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Yevlax – Gəncə - Qazax -Gürcüstanla sərhəd yolunda da zəif qar yağır. Gəncə-Daşkəsən - Xoşbulaq və Şəmkir-Gədəbəy yollarında yağıntı yoxdur, amma hava şaxtalıdır. Bu səbəbdən yol hərəkəti iştirakçılarını maksimum dərəcədə ehtiyatlı olmağa çağırırıq. Sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, piyadalar təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməli, məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük verməli, binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçməlidirlər. Ümumiyyətlə, vacib zərurət olmadığı halda təhlükəsizliyiniz baxımından evdən çıxmamağınız tövsiyə olunur.