İndi təqdim edəcəyimiz sujet vətən müharibəsində qəhrəmanlıq göstərən igid zabitimiz Emin Süleymanov haqqındadır. Xidmət etdiyi hərbi hissənin artilireya minaatan batareyasının komandiri olan mayorun keçdiyi şərəfli döyüş yolunu birlikdə izləyək.
44 yaşlı mayor Emin Süleymanov ömrünün 25 ildən çoxunu hərbi ilə bağlayıb. O, artileriya üzrə ali hərbi məktəbi başa vurduqdan sonra şərəflə öz sahəsi üzrə minaatan batareyasında xidmətə başlayıb. Xidməti dövründə nümunəvi, intizamlı, eləcə də sərrast atıcı olan Emin Süleymanov aprel döyüşlərində əsil qəhrəmanlıq göstərib. Düşmənə sarsıdıcı zərbələr vurub. Onun bu xidmətləri Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanlarla qiymətləndirilib. Vətən müharibəsi başlıyanda isə mayor Murovdağ yüksəkliyi, Füzuli, Xocavənd, Laçın ətrafında gedən döyüşlərdə igidlik göstərib. Ağır döyüşlərin getdiyi Şuşa igidi şəhidlik zirvəsinə ucaldıb.
Tamara Süleymanova şəhidin anası: O ataya qarşı, anaya qarşı, torpağa qarşı o qədər gözəl xasiyyəti var idi. Deyirdim ki, bala müharibədir bəs mən necə olacam. Deyirdi ana mən getmiyim, o getməsin bəs kim getsin. Biz vətəni qorumalıyıq. Balam vətən yolunda gedib.
Məhsəti Süleymanov şəhidin həyat yoldaşı: İşlədiyi hərbi hissədə böyük hörmətə malik olan, qüsursuz xidmətləri ilə fərqlənən, ailə canlı anaya böyük hörməti var idi. Demək istəyirəm ki, o elə bir zirvəyə ucaldı ki, onun xarakterini göstərdi ki, o necə insan idi. O, əsil hərbiçi idi.
Ölümündən sonra “Cəsur döyüşçü”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilən qəhrəman zabitin keçdiyi şərəfli yol onun övladları üçün də əsil qəhrəmanlıqdır. Oğlu Bəhmən və qızı Emilya bütün Azərbaycan xalqı kimi ataları ilə fəxr edirlər.
Bəhmən Süleymanov şəhidin oğlu: Müharibədən danışırdı necə iştirak etdiyini deyirdi. Əsgərlərini qorumasını deyirdi. Mənim atam ailəyə qarşı çox diqqətli olub. Vətənə onnanda çox diqqətli olub. Ona görə də bu günkü gün şəhid olub. Mənim fikrimdə inşallah atam kimi hərbiçi olum.
Emilya Süleymanova şəhidin qızı: Həmişə ona baxanda qəhrəman görürdüm. Öz işinə həmişə çox vaxt aparırdı. Amma ailə canlı idi, bizi də çox sevirdi. İstəyirdi ki, biz vətənə xeyirli övlad olaq.
Şəhid zabitin övladları ərazi bütövlüyü bərpa olunan azad, suveren ölkənin bir vətəndaşlarıdır. Bunu Emin Süleymanov kimi şəhidlərimiz qanları və canları bahasına bizə bəxş ediblər.
Elnur Vahidoğlu
- Baxış: 264