![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/bagca_57.jpg?itok=Xa6adWCR)
Şəmkir rayonunda daha bir bağça üçün şərait müasirləşdirilib. 7 saylı körpələr evi-uşaq bağçası üçün yeni bina inşa olunub. İllərdir qəzalı vəziyyətdə olan tərbiyyə ocağının yenilənməsi sakinlərin sevincinə səbəb olub.
sakin: Bağçamız bərbad gündədir.
sakin: 11 nəvəmin hamısı bu bağçada tərbiyyə alıb. Bağçamız budur vəziyyəti belədir.
Şəmkir şəhərinin Posanlı yaşayış massivində yaşayan sakinlər təxminən bir il əvvəl ərazidə fəaliyyət göstərən tərbiyyə müəssisəsinin qəzalı vəziyyətdə olmasından şikayətlənirdilər. Nəhayət valideynlərin narahatlığına son qoyulub. Köhnə binanın yerində müasir tələblərə cavab verən yeni tərbiyyə müəssisəsi inşa olunub.
Səftər Xıdırov valideyn: Biz inanırıq bundan sonra uşaqlarımız rahat tərbiyyə alacaq. Bilirik uşaqların tərbiyyəsi ailə ilə yanaşı bağçanında rolu böyükdür.
Nigar Həsənova valideyn: Əvvəl çox qəzalı vəziyyətdə idi. Uşağı göndərəndə tərədüd edirdik. Qorxurduq hər an uça bilərdi. Anca qbu gün çox rahat ikinci övladımı bağçaya gətirirəm. Çox şükür çox gözəl bina tikilib.
3 qrupdan və 55 yerdən ibarət bağça binasında təlim tərbiyyənin normal səviyyədə aparılması üçün imkanlar genişləndirilib. Bütün otaqlar zəruri inventar və avadanlıqlarla təchiz olunub. Mərkəzi qazanxana sistemi yaradılıb. İllərdir çətin şəraitdə çalışan bağçanın kollektivi müasir tərbiyyə müəssisəsində daha həvəslə çalışacaqlarını bildirirlər.
Sevinc Qasımi tərbiyyəçi: Bizə yeni bir bağça binası tikildi. Bizim üçün ikiqat bayram oldu. Çərşənbə ilə birlikdə yeni bağçamızın istifadəyə verilməsini qeyd edirik. Belə gözəl bağçada qonaqlarımızı qarşılayırıq.
Lamiyyə Yusifzadə körpələr evi-uşaq bağçasının müdiri: Müasir standartlara tam cavab verir. Valideynlərin müraciəti çoxalıb. Bizdən bundan sonra daha yüksək ruhla çalışıb bizə olan etimadı doğruldacağıq.
Yeni bağça binası ilə tanış olan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yaradılan şəraiti yüksək qiymətləndirib. Uşaqların gündəlik qidalanması, yataq otaqlarının vəziyyəti ilə tanılş olub, xüsusi ilə də karatin rejiminin tələblərinə əməl olunması ilə bağlı tapşırıqlar verilib.
Natiq Hüseyn
- Baxış: 888