KepezTV Player
Baş Prokurorluq Bakıda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb. Xəbərə görə, fevralın 23-də saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail rayon prokurorluğuna məlumat daxil olub. Müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub. İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib. Ölən 5 nəfərdən 4-ünün tələbə olduğu deyilir.
- Baxış: 444