• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 667
— 23.02.2021 16:42

Mövlud Çavuşoğlu Ermənistana çağırış edib

KepezTV Player

“Sülh, bölgənin inkişafı üçün fürsət yaranıb. Bizim çağırışlarımız həmişə bu istiqamətdədir. Ermənistan da bu istiqamətdə hərəkət edərsə, bölgənin sabitliyi və iqtisadi inkişafından ən çox onlar faydalanacaq”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, Ermənistanın atacağı müsbət addıma Azərbaycanla koordinasiyalı şəkildə müsbət cavab verəcəklər.O vurğulayıb ki, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarında hər şey dağıdılıb, ermənilər əraziləri tərk edərkən də dağıntını davam etdiriblər. “Qarabağda, xüsusilə Ağdam və digər 7 rayonun bərpası, tarixi, dini, mədəni abidələrin bərpası üçün Azərbaycan hökumətinin əhatəli infrastruktur çalışmaları var. Biz türk dünyası olaraq Azərabycanın yanında olduğumuz kimi bu bölgənin inkişafında da Azərbaycana əlimizdən gələn dəstəyi verəcəyik” - deyə Mövlud Çavuşoğlu bildirib.