KepezTV Player
NASA ən son roveri olan “Perseverance” aparatının Mars planetinə enməsini əks etdirən videogörüntüləri yayıb. Qurumun “Marsa necə enmək olar?” başlığı altında təqdim etdiyi video rover tərəfindən fevralın 18-də “Qırmızı planet”ə eniş zamanı lentə alınıb. Zond enişdən dərhal sonra Marsın ağ-qara şəkillərini ötürməyə başlayıb, ancaq onun kameralarından daha ağır ölçülü video faylları almaq üçün NASA-ya bir neçə gün lazım olub.
Zondun kamerası Marsa enmə prosesinin hamısını – paraşütdən ayrılmasından torpağa ilk təmasına qədər çəkib. Aparatın kameraları gözləntilərin əksinə olaraq Marsa eniş səsini yaza bilməyib.
- Baxış: 358