• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 22.02.2021 12:10

Quldurluqda şübhəli bilinənlər saxlanılıblar

KepezTV Player

Abşeron rayonu Xırdalan şəhərində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün cinayət törədiblər.

Məlumat Abşeron Rayon Polis İdarəsinə daxil olan kimi hadisəni törədən şəxslərin axtarışına başlanılıb. “İsti” izlərlə keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunmuş Vasif Bayramov, Nəzrin Əliyeva, habelə Ramil Novruzov və Suat Əliyev saxlanılıblar. Zərərçəkən dəstə üzvü Nəzrin Əliyevanın tanışı olub.

Araşdırmalarla müəyyən edilib ki, dəstə üzvləri zərərçəkəni paytaxt ərazisində Vasif Bayramova məxsus avtomobilə əyləşdirərək Xırdalan şəhərinə gərtiriblər və orada ona vintaçanla xəsarət yetirib 105 manat pulunu və mobil telefonunu ələ keçiriblər.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat nəticəsində Xırdalan şəhərində qadına qarşı törədilən quldurluq hadisəsinin də üstü açılıb. Zərərçəkən polisə bildirib ki, qohumunun evində olan zaman mənzilə gələn tanışı Elnur adlı şəxs əlindəki bıçaqla ona hədə-qorxu gələrək 240 manatını ələ keçirib. Cinayəti törətməkdə şübhəli bilinən Elnur Əslanov və qohumu Əslan Əslanov saxlanılıb. Hər iki quldurluq hadisəsi ilə bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.