Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu günün tarixi 1999-cu ilin noyabrına dayanır. Məhz həmin vaxt Banqladeş səfirinin təşəbbüsü ilə 21 fevral UNESCO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edilib. Bu gün 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə apardığına görə öldürülən 4 tələbənin xatirəsinə həsr olunub. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.
- Baxış: 203