• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 867
— 20.02.2021 16:56

Səudiyyə Ərəbistanına qar yağır

KepezTV Player

Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Tabuk əyalətində 2 gündür qar yağmağa başlayıb. Sinoptiklər sabah üçün daha çox qar gözlənildiyini bildirib. Ölkə rəhbərliyi krallığın bir neçə bölgəsi üçün güclü külək və qarla müşayiət olunan güclü leysan yağışlarının gözlənildiyi barədə xəbərdarlıq edib. Krallığın Fövqəladə Hallar Nazirliyi ekstremal hava şəraitinin Səudiyyə Ərəbistanının paytaxtı Riyad, Məkkə, Mədinə kimi şəhərlərə təsir edəcəyini açıqlayıb. Məlumata görə, hazırda qar yağışı yalnız Səudiyyə Ərəbistanının şimalını deyil, Suriyanın, Livanın, İsrailin, İordaniyanın və Misirin bəzi hissələrini əhatə edir. Yollar bağlanıb, nəqliyyatın hərəkətində fasilələr yaranıb. Bəzi universitetlər tədris prosesini dayandırıb. Ölkədə sonuncu dəfə bu qədər qar yağışının 2018-ci ildə müşahidə olunduğu bildirilir.