• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 20.02.2021 16:45

Gəncədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin açılışı oldu

KepezTV Player

Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəliyi Gəncədə, Heydər Əliyev mərkəzində fəaliyyətə başlayıb. Açılış məraisminin iştirakçıları əvvəlcə vətən müharibəsi zamanı ermənilərin Gəncəyə atdığı raket atəşlərindən dağılan ərazilərdə olublar. Ölkədə uğurlu həyata keçirilən gənclər siyasəti, gənc nəslin inkişafı üçün yaradılan imkanlar barədə danışılıb və gənclərə bu imkanlardan yararlanmaq tövsiyyə olunub. Gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi istiqmaətində İnkişaf və kareyra mərkəzlərinin rolu yüksək qiymətləndirilib. Gəncədə açılışı olan Kareyra mərkəzi ölkə üzrə sayca 34-cüdür.

Rəvanə Həşimova Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru: Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Gəncədə daxil olmaqla bu nümayədələriklərin sayı 34 oldu. İlin sonunadək isə mərkzələrins ayı 56-ya çatdırılacaq.

Natiq Hüseyn