Gəncədə Kəpəz rayon Polis İdarəsinin əməkdaşları qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinini saxlayıblar. Şükür Vəliyev şəhər ərazisində tutularaq üzərində aparılan axtarış zaman 1 ədəd kağız bükümdə 7.85 qram “heroin” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, Şükür Vəliyevin yaşadığı mənzildən də xeyli miqdarda narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə istifadəçisi olduğunu etiraf etsə də heroini yaşadığı ünvanın yaxınlığında olan zibillikdən tapıdğını deyib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.
Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı: davam etdirilən istintaq əməliyyat tədbriləri ilə Şükür Vəliyevin yaşadığı ünvana baxış keçirilib. Mənzilin zirzməsindən sellefona bükülü ümumi çəkisi 130,78 qram olan narkotik vasitə heroin aşkara eidlərək götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub.
Şükür Vəliyev saxlanılan şəxs: Zibil atmağa gedirdim. Balaca sellefanda diqqətimi çəkdi. Baxdım narkotikdi. Heroinidi özümlə götürdüm. Bir hissəsini zirzəmiyə qoydum bir hissəsini isə üstümdə saxladım. Özüm istifadə edənəm. Başqa heç bir fikrim olmayıb.
Natiq Hüseyn
- Baxış: 890