• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 20.02.2021 12:41

Ali məktəblər "Təd­qi­qat uni­ver­si­te­ti" ola bilər

KepezTV Player

"Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün ali təhsil müəssisələrindən alınan təklifər Təhsil Nazirliyində müzakirə edilib. Hazırlanacaq qanun ali təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, digər təhsil pillələri ilə çevik əlaqələndirilməsi, ömür boyu təhsili təmin etməsi, tələbəyönümlü tədrisin təşkili, keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi üzrə ən müasir konsepsiyaları özündə ehtiva etməlidir. Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə,Ali məktəblərə "Təd­qi­qat uni­ver­si­te­ti" sta­tu­su ve­­ril­mə­si üçün ali təh­sil müəs­si­sə­lə­ri qar­şı­sın­da mü­va­fiq tə­ləb­lər qo­­yul­ub və ha­zır­da bu is­ti­qa­mət­də müva­fiq iş­lər gö­rü­lür. Nazir “Qə­lə­bə dərs­lə­ri” adı al­tın­da müx­tə­lif fənn və si­nif­ləri əha­tə edən möv­zu­lar ha­zır­la­naraq təd­ris edildiyini də sözlərinə əlavə edib.Bə­zi ailə­lər­də zə­ru­ri tex­no­lo­gi­­ya­la­rın ol­ma­ma­sı sə­bə­bin­dən distant təd­ri­sə hə­lə də qo­şu­la bil­mə­yən­lər var. Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, prob­lem­lə­rin qis­­mən ara­dan qal­dı­rılma­sı və dis­tant təh­sil im­kan­la­rın­dan da­ha çox in­sa­­nın fay­da­lan­ma­sı üçün dövlət və özəl qurumları əməkdaşlığa dəvət edir.