• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 19.02.2021 19:50

Arxayınlıq, yoxsa məsuliyyətsizlik?

KepezTV Player

Son aylar koronavirusa yoluxma sayında müşahidə olunan azalmanın arxayınlıq yaratdığını müşahidə edirik. Bu isə öz növbəsində tənəffüs yollarını qoruyan vasitələrdən, dezinfeksiyaedici məhlullardan istifadə hallarını ikinci plana keçirir. Virusa yoluxma riskinin hələ də qaldığı bir dövrdə polis də, həkim də ehtiyatı əldən verməməyi məsləhət görür.

Sərt karantin rejimi koronavirusa yoluxma sayında azalmaya səbəb oldusa yaşadığımız xüsusi karantin rejimi dövründə xəstəliyin kəskin şəkildə baş qaldırmaması üçün peyvəndləmə aparılır. Görülən qabaqlayıcı tədbirlər isə vətəndaşlarda xeyli arxayınlıq yaradıb. Şəmkirdə apardığımız müşahidələr belə deməyə əsas verir.

Bura Şəmkir rayonunda əhalinin sıxlıq təşil etdiyi ərazilərdən biri hesab olunur. Burada həm ticarət obyektləri həmdə iri alış-veriş məkanı olan bazar yerləşir. Ancaq göründüyü kimi buradada digər ərazilərdə olduğu kimi bir çox sakinlər ya tibbi maskadan dügün istifadə etmir və yaxudda ümumiyyətlə qoruyucu vasitədən yararlanmırlar.

Sakin Qardaş mışınımda tibbi maskam var. Maşınımda müştəri olanda mən maska taxıram. Ancaq belə havada mən maska taxmıram.

Sakin Bilirəm maşındadı tibbi maskam. Maşından indi düşdüm ona görə götürmədim. Tək olmuşam maşında ona görə də taxmırdım.

Həkimlər isə arxayınxlaşmağı məğbul saymır. Şəmkirdə koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan Kür qəsəbə xəstəxansının baş həkimi Samirə Kazımova qoruyucu vasitələrdən istifadənin əhəmiyyətinə toxunur.

Samirə Kazımova Kür qəsəbə xəstəxanasının baş həkimi Deyərdim COVİD xəstəliyi axıra qədər öyrənilməyən bir xəstəlikdir. Vaksinasiya aprılmağına baxmayaraq qorumaq qorunmaq vacibdir. Vaksinasiya hər şeyi həll etmir. Dalğa özünü necə aparacaq hansı pikk nöqtəsi bizi necə gözləyir. Biz onu bilmirik. Maskadan istifadə edib maksimum özümüzü gözləməyə çalışmalıyıq ki, xəstəlik sayı artmasın.

Tibbi maskadan istifadə ilə bağlı Daxili İşlər Nazirliyi də vətəndaşlara müraciət edib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyir ki, istər Şəmkir, istərsə də digər şəhər və rayonlarda polis əməkdaşları tibbi maskadan istifadə ilə bağlı yoxlamalar aparır və qoruyucu vasitələrdən istifadə etməyənlər müvafiq qaydada cərimələnirlər.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı Bildiyiniz kimi ölkə ərazisində karantin rejimin tələbləri yumşaldılsada fərdi qoruyucu vasitələrdən istifadə zərurəti hələ də qalmaqdadır. Bununla əlaqədər olaraq vətəndaşlardan xahiş olunur ki, yaşayış yerlərini tərk etdikdə tibbi maska və fərdi qoruyucu vasitələrədn istifadə etsinlər. İaşə obyektlərində olarkən sosial məsafni qorusunlar.

Özümüzü virusdan və büdcəmizi isə cərimədən qorumaq istəyiriksə Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl etmək vacibdir.

 

Natiq Hüseyn