• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2304
— 19.02.2021 19:28

Birgə İqtisadi Komissiyanın iclası keçirilib

KepezTV Player

Baş nazir Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Fuad Oktayın həmsədrliyi ilə Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası keçirilib. Fuat Oktay iclasda iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin ən qısa zamanda qardaşlıq münasibətlərini əks etdirəcək səviyyəyə çatacağına inamını ifadə edib. Vitse-prezident Türkiyənin Şəhərsalma Nazirliyinin işğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər" modelinin qurulmasına, Energetika Nazirliyinin isə yaşıl enerjinin tətbiqinə dəstək verəcəyini qeyd edib. Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında Protokol və Fəaliyyət Planı da imzalanıb. Qeyd olunan sənədlər ölkələr arasında iqtisadi münasibətlərin dərinləşməsinə, yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcək.