KepezTV Player
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb. Vidadi küçəsində yerləşən “Şirin həyat” adlı çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər Polis Şöbəsinə gətirilib. Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.
- Baxış: 425