• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 947
— 19.02.2021 15:24

Ermənistanın beynəlxalq müstəvidə ifşası üçün tədbirlər görülür

KepezTV Player

Ermənistanın təcavüzkar əməllərinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Baş Prokurorluq tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir. Azərbaycan, rus və ingilis dillərində hazırlanan videoçarxda ordumuza və dinc əhaliyə qarşı cinayətlər törədən təxribatçı Ermənistan silahlı qüvvələrinin cinayətləri barədə informasiyalar yer alıb. Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Mülki şəxslərin əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb. Dinc əhalinin atəşə tutulması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.