• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 19.02.2021 12:26

Özünəməxsusluğu Şuşadakı Xarı bülbülü fərqləndirir

KepezTV Player

Şuşanın rəmzi sayılan Xarı bülbül. Ölkəmizdə, eləcə də bəzi ölkələrdə müxtəlif növlərinə rast gəlinir bu gülün. Amma nə rəngi, nə qoxusu Şuşada bitən kimi olmur. Həmkarımız Aişə Rzayevanın hazırladığı sujetdə səbəbindən danışacağ, izləyək.

Şuşa dağlarında Xarı bülbül adlanan qeyri-adi bir gül yetişir. Azərbaycan florasının nadir bitkisi Xarı bülbül, Qarabağın madii irsi hesab olunur. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır.

Xarı bülbülün Azərbaycanda 3 növü mpvcuddur - Qafqaz qaş səhləbi, Arı qaş səhləbi və Mozalan qaş səhləbi. Onlardan ikisi - Qafqaz və Mozalan növlərinə Qarabağ və ətraf ərazilərdə rast gəlinir. Bunlardan Qafqaz qaş səhləbinə Xarı bülbül deyilir.

İlahə Əliyeva - biologiya üzrə fəlsəfə doktoru: Azərbaycanda el arasında Xarı bülbül adlanan Qafqaz qaş səhləbi bitkisi səhləbkimilər orxidasiya fəsiləsinə aiddir. Nadir, nəsli kəsilmək təhlükəsində olan növlər kateqoriyasına daxildir və Azərbaycan Respublikasının qırmızı kitabına daxil edilmiş nadir növdür. Endemik növdür, yəni müəyyən bir ərazilər üçün müəyyənləşmiş, uyğunlaşmış növdür. Ofrislərin ümumiyyətlə 50-dən çox növü məlumdur və bunlar Azərbaycanın müxtəlif bölgələrində həmçinin də Qafqaz ərazisində bunlara rast gəlmək mümkündür. Bitkinin xarekterik xüsusiyyəti ondan ibarətdir ki, Xarı bülbül bitkisinin köklərində göbələklərlə birlikdə onlar endatrof mikariza adlanan simbioz əmələ gətirirlər. Yəni müştərək həyat tərzi keçirirlər. Bu səbəbdən də bitki digər ərazilərdə yaxşı inkişaf edə bilmir və məhv olur.

Ümumiyyətlə Xarı bülbülə adətən Qarabağda geniş rast gəlinir. Xüsusi gözəlliyi ilə seçilir və Qarabağın, xüsusi ilə də Şuşanın rəmzi hesab edilir. Amma nadir növ olan mozalan və arı qaş səhləblərinə də digər ölkələrdə də rast gəlinir.

Nadir Məmmədov - Şuşa sakini: 1992-ci ildə Şuşadan çıxandan sonra bütün rayonları gəzib özümüz üçün bir təsəlli almaq üçün o gülləri gəzirdik. Xarı bülbül dedilər ki, bir neçə rayonda var. Mən başqa rayonlar onun axtarışına çıxdım. Demək olar ki, Ağsuda da onla rastlaşdım, Şəkidə də rastlaşdım, Qazaxda da rastlaşdım. Hamısını bir-bir gətirdim. Şuşadan gətirdiyim Xarıbülbüllə yanaşı qoydum. Demək olar ki, nə onun formasında nə də onun iyində Şuşada olan Xarıbülbülə çatmır.

Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir. Otlu yamaclarda, meşə açıqlıqlarında və kolluqlarında və Cəbrayıl rayonu istiqamətlərində yayılıb. Amma məhz özünəməxsusluğu Şuşada rast gəlinən Xarı bülbülü digərlərindən fərqləndirir.