• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1241
— 19.02.2021 09:47

Müdafiə Nazirliyi Zəngilan rayonunun Birinci Alıbəyli kəndindən videogörüntülər yayıb

KepezTV Player

Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Birinci Alıbəyli kəndindən videogörüntülər yayıb. 25 oktyabr 2020-ci ildə azad edilən yaşayış məntəqəsi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Kəndin ərazisi əvvəllər Ağdamın Alıbəyli kəndinin yaylaq yeri olub. Sonralar həmin kənddən köçüb gəlmiş ailələr yaylaq yerində məskunlaşıb, yeni kəndə də öz əvvəlki adlarını veriblər.