• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 18.02.2021 20:59

"İlkin tərəfdaşlarımız türk qardaşlarımızdır"

KepezTV Player

Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumuna da qatılıb.Vətən müharibəsində zəfərdən sonra ölkəmiz üçün yeni dövrün başladığını bildirən Baş nazır işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlandığını vurğulayıb. "Hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işlər başlanıb və ilkin kontraktlar imzalanıb. Əlbəttə ki, ilkin tərəfdaşlarımız türk qardaşlarımızdır” - deyə Əli Əsədov əlavə edib.

Əli Əsədov Baş nazir : “Türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar. Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər. Bundan əlavə, Füzulidə tikiləcək hava limanının layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub. Ümumiyyətlə, bərpa işlərinin layihələrində türk qardaşlarımızı görməkdən çox məmnunuq”