• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 18.02.2021 20:25

Hulusi Akar şəhid ailəsinə məktub göndərib

KepezTV Player

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Valeh İsbat oğlu Məmiyevin ailəsinə göndərdiyi məktub ünvanına çatdırılıb. Valeh Məmiyev Yardımlı rayonunun Kürəkçi kəndində doğulub boya-başa çatıb. İgid tankçıya vaxtilə Türkiyə-Azərbaycan birgə təlimləri zamanı Hulusi Akar tərəfindən hədiyyə təqdim edilib. Türkiyənin Milli Müdafiə nazirinin şəhid ailəsinə göndərdiyi məktub baş leytenantın ailəsi və kənd sakinlərinin böyük sevgisi ilə qarşılanıb. Məmiyevlər ailəsi Hulusi Akara cavab məktubu ünvanlayıblar.