• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 18.02.2021 17:09

Xocalı faciəsi İtaliya mətbuatında

KepezTV Player

İtaliyanın "Agenzia Stampa" xəbər portalında "Xocalı soyqırımı" sərlövhəli məqalə yerləşdirilib. Ermənistanın 1990-cı illərin əvvəllərindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli soyqırımı törətdiyi, bu münaqişəyə yalnız 2020-ci il sentyabrın 27-dən başlayan II Qarabağ savaşı zamanı son qoyulduğu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, dünyanın bir sıra ölkələri bu qətliamı Xocalı soyqırımı kimi rəsmən tanıyıb, lakin indiyədək dəhşətli cinayətin törədilməsində şəxsən iştirak etmiş Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan, eləcə də digər yüksək vəzifəli zabitlər məhkəməyə cəlb olunmayıblar.